...

Ceyhun Bayramov və Sergey Lavrov telefonla danışıblar

Siyasət Materials 21 Dekabr 2020 16:28 (UTC +04:00)
Ceyhun Bayramov və Sergey Lavrov telefonla danışıblar

Bakı. Trend:

Bu ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Trend-ə verilən xəbərə görə, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti