...

“Mingəçevir Şüşə Lifi” ASC ləğv edilir - Sərəncam

Siyasət Materials 26 Dekabr 2020 13:23 (UTC +04:00)
“Mingəçevir Şüşə Lifi” ASC ləğv edilir - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə sərəncam imzalayıb.

Sərəncama əsasən “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamının 1-ci hissəsinin 9-cu bəndi ləğv edilir.

Nazirlər Kabinetinə tapşırılır ki, Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi məqsədilə “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsini və Azərbaycan Respublikası Təhsil Nazirliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin; “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar üç ay müddətində zəruri tədbirlər görsün; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Mingəçevir Şəhər İcra Hakimiyyətinə tapşırılır ki, bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti