...

2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi nəcib bir missiyadır - "ISESCO"nun keçmiş Baş direktoru

Siyasət Materials 5 Yanvar 2021 23:42 (UTC +04:00)
2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi nəcib bir missiyadır - "ISESCO"nun keçmiş Baş direktoru

Bakı. Trend:

2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi nəcib bir missiyadır.

Bunu Trend-ə "ISESCO"nun keçmiş Baş direktoru, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tuveyjri deyib.

O, Nizami Gəncəvinin Azərbaycanın ədəbi irsinin ən böyük nümayəndələrindən biri olduğunu və misilsiz poetik yeniliklər və ümumbəşəri mövzular daşıyan əsərlərinin Azərbaycanın hüdudlarından kənara çıxdığını və bir çox ölkələrin ədəbiyyatına təsir göstərdiyini qeyd edib.

"2021-ci ili "Nizami Gəncəvi ili" elan edilməsi - nəcib bir missiyadır" - Əbdüləziz bin Osman əl-Tuveyjri deyib.

Əbdüləziz əl-Tuveyjri Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin üzvü kimi bu qərardan qürur duyduğunu əlavə edib: "Bu dahi şəxsiyyəti tərənnüm edən bütün tədbirlərdə iştirak etmək mənim üçün şərəfdir. Beynəlxalq Nizami Gəncəvi Mərkəzində bu, prioritetimiz olacaq".

(Редактор: Наталья Кочнева)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti