...

İşğaldan azad edilmiş torpaqların bərpasında da Azərbaycanın yanında olacağıq - Akif Çağatay Kılıç

Siyasət Materials 10 Mart 2021 18:47 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Hər zaman olduğu kimi, işğaldan azad edilmiş torpaqların bərpasında da Azərbaycanın yanında olacağıq.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, onlar Azərbaycana dəstək vermək üçün gəliblər: “İşğaldan azad edilmiş bölgələrin bərpası, oradan olan insanların köçürülməsi üçün hər cür dəstəyi verəcəyik”.

Komissiya sədri qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: “Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik. Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti