...

Səhiyyə nazirinin səlahiyyətlərini Teymur Musayev icra edəcək

Siyasət Materials 23 Aprel 2021 16:39 (UTC +04:00)
Səhiyyə nazirinin səlahiyyətlərini Teymur Musayev icra edəcək

Bakı. Trend:

Prezident İlham Əliyev T.Y.Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam verib.

Trend xəbər verir ki, Sərəncamla Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti