...

“IDEF-2021” sərgisində Azərbaycanla Türkiyə şirkətləri arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib (FOTO)

Siyasət Materials 17 Avqust 2021 18:30 (UTC +04:00)
“IDEF-2021” sərgisində Azərbaycanla Türkiyə şirkətləri arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN" və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti