...

Müdafiə Nazirliyi hərbçimizin şəhid olması ilə bağlı iddialara aydınlıq gətirib

Siyasət Materials 28 Avqust 2021 11:20 (UTC +04:00)
Müdafiə Nazirliyi hərbçimizin şəhid olması ilə bağlı iddialara aydınlıq gətirib

Bakı. Trend:

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.

Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti