...

ABŞ səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib

Siyasət Materials 1 Sentyabr 2021 13:52 (UTC +04:00)
ABŞ səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür edib

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarına təşəkkür edib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin feysbuk səhifəsində bildirilib.

Paylaşımda qeyd edilib:

"Əfqanıstan hava limanında xidmət edən Azərbaycan sülhməramlılarına təşəkkür edirik! Azərbaycan sülhməramlılarına ABŞ və NATO tərəfdaşlarının Kabil Hava Limanını təxliyələri zamanı təhlükəsizliyi təmin etməkdə kömək etdikləri üçün minnətdarıq.Əsgərlərin Azərbaycana salamat dönməklərinə sevindik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti