Prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Prezident İlham Əliyev Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Sentyabrın 3-də Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı olub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Son illərdə Azərbaycanda enerjisistemin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində çox mühüm layihələr icra olunub. Dövlətimizin başçısının tapşırığına əsasən 2018-ci ilin sonundan Enerjisistemin Reabilitasiya Proqramının qəbul edilərək icrasına başlanılması bu istiqamətdə həyata keçirilən işlər arasında xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, bu Proqramın icrasına vaxtında başlanaraq təcili işlər görülməsəydi 2019-cu və 2020-ci illərin yayında artan təlabatın, həmçinin Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerjisistemdə problemlər yarana bilərdi. Ümumiyyətlə, proqram çərçivəsində 12 elektrik stansiyasında və 23 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri həyata keçirilib.

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin 1,7 metrə qədər aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyanın soyutma suyunun götürülməsində ciddi problem yaratmaqla yanaşı, stansiyanın avadanlıqlarının da tədricən sıradan çıxmasına səbəb olmuşdu. Yaranmış vəziyyətlə, xüsusilə dənizdə su səviyyəsinin düşməsi ilə əlaqədar il ərzində bir neçə dəfə qəza açılmaları baş vermişdi.

Reabilitasiya Proqramı çərçivəsində “Sumqayıt” Elektrik Stansiyasında əsas avadanlıqlar, generatorlar və digər qurğular əsaslı təmir olunub. Bununla yanaşı, stansiyanın mövcud su nasos stansiyası da əsaslı şəkildə yenidən qurulub. Aparılan yenidənqurma və əsaslı təmir işləri stansiyanın etibarlı və səmərəli fəaliyyətinə müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın həcminin azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət ediləcək. Stansiyanın əsaslı təmirdən sonra yük artımı 20 meqavat olub.

Dövlətimizin başçısı “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasını işə saldı.

Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin düşmə prosesinin hələ də davam etməsi və stansiyanın avadanlıqlarının uzunmüddətli istismarı nəzərə alınmaqla, dayanıqlı və etibarlı iş rejiminə nail olmaq məqsədilə təxirəsalınmaz irimiqyaslı işlərə başlanılıb. Belə ki, dənizinin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmçinin yeni su nasos stansiyası tikilib. Bununla da stansiyanın soyuducu su təchizatının etibarlılığı təmin edilib və ən əsası stansiyanın fəaliyyətinin dayanmasının qarşısını alınıb. Yeni estakada üzərində tikilən və elektrik stansiyasını xüsusi üsulla soyuq su ilə təmin edən yeni nasosxana istilik energetikası sahəsində ilk təcrübə sayılır.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların aldığı kredit üzrə faizlərin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar - Ekspert açıqladı
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
Sabahdan Bakıda bal yarmarkası başlayır
Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir
Azərbaycan və Slovakiya XİN rəhbərləri mətbuat konfransı keçirib (FOTO/VİDEO)
Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil - DGK
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur (FOTO)
Azərbaycan və Slovakiya XİN rəhbərlərinin geniş tərkibli görüşü keçirilir
Rüşvət almaqda təqsirləndirilən 72 yaşlı şirkət rəhbərinə 9 il cəza verildi
Rusiyada koronavirusdan ölənlərin sayı 225 mini ötüb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)
Sabah yağış yağacaq, külək əsəcək
İl ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir (VİDEO)
Azərbaycan əhalisinin sayı artıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı artaraq 558-ə çatıb
Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin növbəti dəyirmi masası keçirilib (FOTO)
MDB Gənclər Parlamentlərarası Assambleyasına koordinatorluq Azərbaycana keçəcək
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib (FOTO)
Kəlbəcərdə yol çəkilişi zamanı qəza olub: Bir nəfər ölüb
Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa nazirini qəbul edib (FOTO)
İran narkotrafikin Qarabağdakı "boz zonası" üzərində nəzarəti itirdiyinə görə qıcıqlanır - Rusiyalı analitik
Birinci sinif şagirdi koronavirusdan vəfat etməyib - AÇIQLAMA
Xidmət rəisi balıq ovçularını sintetik torlardan istifadəyə son qoymağa çağırıb
Özünü nazirlik işçisi adlandıran dələduz saxlanılıb
Baş prokurorluq qanunsuz torpaq alqı-satqısı ilə bağlı vətəndaşlara müraciət etdi (VİDEO)
Metroda gedişhaqqı artırılacaq? - Metropolitendən AÇIQLAMA
Sabahdan Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" sərgisi keçiriləcək
Abşeronda taksi sürücüsü qadın müştərini qarət etdi (FOTO/VİDEO)
Sahibkarlara 60 milyon manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov
Çayxanada aşkarlanan koronavirus xəstəsi evə qaytarılıb
PwC yeni strategiyanın tətbiqinə start verdi: The New Equation
İcbari tibbi sığorta üzrə özəl xəstəxanalara məhdudiyyətlər aradan qaldırılır
Daha bir neftdaşıyan tankerin xarici sularda istismarına başlanılıb
Azərbaycan nefti ucuzlaşıb
Suqovuşanda balıq tutmaq istəyən şəxs saxlanılıb (FOTO)
"VKontakte"nin işində qüsurlar yaranıb
İcra hakimiyyətlərindəki monitorinq qruplarının işi bizi qane etmir - Komitə
Bu, dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcək - “Baku Steel Company”dən yenilik
Bakıda daha bir məktəb distant tədrisə keçib
Distant təhsilə keçilsə, 500 mindən çox şagird və tələbə tədrisdən kənar qalacaq - Ekspert
Laçında komanda-qərargah təlimi başlayıb
“Kremerata Baltika” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək
NEQSOL Holding Ukraynanın ən böyük sement istehsalçısının paylarını almaq niyyətini şərh edib
Həbsdə olan jurnalistin istintaqı yekunlaşmaq üzrədir
Bakıda koronavirusa ən çox yoluxma Binəqədidədir
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı
Xarici valyutaların manata qarşı məzənnələri
Həkimlər xərçəngin qeyri-adi əlamətini açıqlayıblar
Meşələrə qanunsuz müdaxilələr əsasən gecə vaxtı və həftə sonları olur - Nazir müavini
ABŞ-da fərqli vaksinlərlə yenidən peyvənd olunmağa icazə veriləcək
Şimali Koreya Yapon dənizinə doğru naməlum mərmi atıb
Şotlandiyada partlayış baş verib, yaralananlar var
Bir sıra ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
"Instagram"ın işində fasilələr yaranıb
Türkiyədə son sutkada koronavirusdan 26 539 nəfər sağalıb
Latviyada koronavirus səbəbindən sərt qapanmalar tətbiq olunacaq
"Apple" üçüncü nəsil simsiz qulaqlıqlarını təqdim edib
Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 19 oktyabr
Dünyada koronavirusa yoluxanların sayı 240 milyonu keçib
İsrail Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib
Türkiyə Prezidenti Azərbaycanı müstəqilliyinin bərpası günü münasibətilə təbrik edib
Ceyhun Bayramovun NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb (FOTO)
"Apple" şirkəti yenilənmiş MacBook Pro noutbukunu təqdim edib
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ləğv oluna bilər
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətini qəbul edib
Təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili hansı faydalar verəcək?
Azərbaycanın neft ixracı azalıb
Azərbaycana 65 minə yaxın avtomobil idxal olunub
Milli Məclisin sədri NATO nümayəndə heyəti ilə görüşüb (FOTO)
Azərbaycanın xarici ticarət dövriyyəsi 25 faizə yaxın artıb
Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq - Nazir müavini
Gürcüstanda teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Balın tərkibini və keyfiyyətini necə müəyyənləşdirmək olar?
Tərtərdəki güllələnmə hadisəsi ilə bağlı cinayət işi açıldı (ƏLAVƏ OLUNUB)
Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir - Ali Radanın deputatı
Xətaidə ağacların qurumasının səbəbi araşdırılır
Ceyhun Bayramov BQXK-ın vitse-prezidenti ilə görüşüb (FOTO)
Əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 245 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib (FOTO)
ADA Universitetində Tələbə Klublarının ilk sərgisi keçirilib (FOTO)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir (VİDEO)
Fəxrəddin Altun Azərbaycanı təbrik edib (FOTO)
Rasim Quliyevin işi üzrə icra başçısı dindirilib
Xudafərin körpüsünün azad edilməsi tarixi əhəmiyyət daşıyır - Hərbi ekspert
AQTA “Nəlbəki” restoranında pozuntu aşkarlayıb
Bütün xəbərlər