...

Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı

Siyasət Materials 16 Oktyabr 2021 12:17 (UTC +04:00)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı

Bakı. Trend:

Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı, məhsulları ilə də məşhur olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycandakı diplomatik korpusun nümayəndələri ilə birgə Suqovuşan və Talış kəndlərinə səfər zamanı bildirib.

Səfir bundan əvvəl Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Ağdam, Şuşa şəhərlərinə də səfər etdiyini xatırladıb:

“Qarabağın hər yeri gözəl və dəyərlidir. Mən səfir təyin ediləndə demişdim ki, Qarabağ Azərbaycanın qəlbidir. İnşallah, yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı, məhsulları ilə də məşhur olacaq. Burada çox gözəl tut ağacları var. İnşallah, dünyanın ən keyfiyyətli ipəyi də burada istehsal olunacaq”.

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə tanışlıqdır.

Xatırladaq ki, oktyabrın 16-da diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfəri təşkil olunub. Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Bu, diplomatik korpus nümayəndələrinin azad olunmuş ərazilərə sayca 7-ci səfəridir. Budəfəki səfərdə məqsəd azad olunmuş ərazilərdə Ermənistanın törətdiyi dağıntılarla yanaşı, aparılan quruculuq işləri ilə də tanışlıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti