...

Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova

Siyasət Materials 17 Oktyabr 2021 16:25 (UTC +04:00)
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova

Bakı. Trend:

Dünən cənab Prezident İlham Əliyev “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam vermişdir. Sözsüz ki, ölkə Başçısının məlum Sərəncamı əhalinin rifah halının və həyat şəraitinin daha da yüksəldilməsini nəzərdə tutur. Bu baxımdan qeyd etməliyik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində insan amili dayanır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasın bildirib ki, Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır: "Beləliklə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu baxımdan qeyd etməliyik ki, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunmuş, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılmışdır. Bu məqsədlə cənab Prezident, Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi barədə müvafiq tapşırıq vermişdir.Qeyd edək ki, həmin təkliflərin hazırlanmasına artıq başlanıb".

Millət vəkili Tamam Cəfərova vurğulayıb ki, sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyevin siyasətində başlıca istiqamət olduğunun növbəti dəfə təzahürüdür.

Qeyd edək ki, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır və bu, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən mühüm amildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti