...

Fransa səfiri Azərbaycan Müstəqilliyinin Bərpa Olunması Günü ilə bağlı bəyanat yayıb

Siyasət Materials 18 Oktyabr 2021 16:56 (UTC +04:00)
Fransa səfiri Azərbaycan Müstəqilliyinin Bərpa Olunması Günü ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Azərbaycan müstəqilliyinin bərpasından otuz il keçir! 18 oktyabr 1991-ci ildən bəri uzun bir yol oldu! Azərbaycan öz suverenliyini qoruyub saxladı, öz təhlükəsizliyini həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin etdi, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirdi, beynəlxalq əməkdaşlıq qurdu, universitet standartlarını yüksəltdi və əhalisinin sosial ehtiyaclarını ödəmək üçün rifah dövlətinin bərpasına başladı. İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs razılaşması əldə edildi, və bu da gələcəyi hazırlamağa imkan verməlidir.

Trend xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qrosun bəyanatında deyilir.

"Bu gün, müstəqilliyin otuz ili münasibətilə Fransanın bir dostluq mesajını çatdırıram və Avropa ilə tərəfdaşlığını gücləndirməsini, iqlim və rəqəmsal transformasiyaya uyğunlaşmasını sürətləndirməyi, Ermənistanla davamlı sülh bağlamasını arzulayıram" - deyə, səfirin bəyanatında qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti