...

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Ərdoğan

Siyasət Materials 23 Noyabr 2021 14:40 (UTC +04:00)
Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək - Ərdoğan

Bakı. Humay Ağacanova - Trend:

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının əyalət rəhbərlərinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.

"AK Parti millətimizin qurduğu bir partiyadır. Millətimiz üçün hər bir xidməti həyata keçirmişik. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti