Bakı. Trend:
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə səfər edib.
Trend xəbər verir ki, bu barədə dövlət başçısının xüsusi nümayəndəsi öz rəsmi "Twitter" hesabında yazıb.
"Bu gün Tərtər rayonunun işğaldan azad edilmiş əraziləri olan Suqovuşana, həmçinin Talış kəndinə səfər etdik və görülən işlərlə tanış olduq", - Emin Hüseynov qeyd edib.