...

Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərinə münasibət bildirib

Siyasət Materials 27 Dekabr 2021 12:53 (UTC +04:00)
Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Qarabağa qanunsuz səfərinə münasibət bildirib

Bakı. Humay Ağacanova - Trend:

Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə qanunsuz səfəri ilə bağlı Fransanın müvəqqəti işlər vəkili XİN-ə dəvət edilib, etiraz bildirilib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Bu, Hazırkı prezident Emmanuel Makrona rəqib olanların atdığı addımlardır. Bu, Fransada prezident seçkiləri öncəsi bu ölkədəki erməni əsilli vətəndaşların səslərini qazanmaq niyyəti ilə bağlıdır. Qanunsuz səfər zamanı Valeri Pekresi müşayiət edən Fransanın keçmiş rəsmiləri və Avropa İttifaqının (Aİ) keçmiş rəsmisi də vardı. Onların da Azərbaycan XİN-in “qara siyahı”sına daxil edilməsi nəzərdə tutulub. Kim bizə uyğun olmayan mesajlar verəcəksə, onlara uyğun cavab verəcəyik. Əməkdaşlıq mesajına da eyni qaydada cavab veriləcək”, - deyə nazir qeyd edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti