...

Türkiyə parlamenti Şuşa Bəyannaməsini müzakirə edəcək

Siyasət Materials 1 Fevral 2022 20:40 (UTC +04:00)
Türkiyə parlamenti Şuşa Bəyannaməsini müzakirə edəcək

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisi (BMM) Şuşa Bəyannaməsini müzakirə edəcək.

Trend xəbər verir ki, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi BMM-ə daxil olub.

Xatırladaq ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti