...

Kanada parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 23 May 2022 12:59 (UTC +04:00)
Kanada parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Kanada parlamentinin İcmalar Palatasının Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri mayın 23-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoyub. Qonaqlar, həmçinin “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən kanadalı deputatlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti