Bakı. Trend:
Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq.
Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ADA Universitetində keçirilən Beynəlxalq Sosial Elmlər Konqresinin açılış mərasimində çıxışı zaman deyib.
M.Şentop bildirib ki, Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə ilk ziyarətlərini Türkiyəyə edirlər.
“Bizim arzumuz Azərbaycanın haqlı davasının beynəlxalq birlik tərəfindən eşidilməsidir. Bugünkü konqres Qarabağ məsələsinin də dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından faydalı olacaq”, - deyə M.Şentop bildirib.