Bakı. Trend:
Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq.
Trend xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.
TBMM sədri bildirib ki, TürkPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.