...

Laçın dəhlizi ilə bağlı məsələlər üçtərəfli bəyanatlar əsasında həll edilməlidir - Rusiya XİN

Siyasət Materials 11 Avqust 2022 13:12 (UTC +04:00)
Laçın dəhlizi ilə bağlı məsələlər üçtərəfli bəyanatlar əsasında həll edilməlidir - Rusiya XİN

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Biz bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini təsdiq edirik. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndi əsasında həll edilməli olan Laçın dəhlizi ətrafındakı vəziyyətə də aiddir.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev həftəlik brifinq zamanı bildirib.

"Regiondakı vəziyyət bizim diqqət mərkəzimizdədir. Rusiya tərəfi həm ən yüksək səviyyədə, həm də Rusiya Müdafiə Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın digər idarələri vasitəsilə Ermənistan və Azərbaycan tərəfləri ilə daimi təmasdadır. Nazirlər Sergey Lavrov və Sergey Şoyqu azərbaycanlı və erməni həmkarları ilə əlaqə saxlayıblar. Yuxarıda göstərilən bütün məsələlər, o cümlədən Laçın dəhlizi ətrafındakı vəziyyət Azərbaycan və Ermənistan tərəflərinə uyğun həll yollarının əldə edilməsi üçün məsləhətləşmələrin predmetidir. Məsələnin həssaslığını nəzərə alaraq, müzakirə olunan razılaşmaların təfərrüatlarını açıqlamayacağıq.", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti