...

Müəllimlərin maaşlarına əlavələr müəyyən ediləcək - FƏRMAN

Siyasət Materials 18 Avqust 2022 15:40 (UTC +04:00)
Müəllimlərin maaşlarına əlavələr müəyyən ediləcək - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilir.

Direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);

Təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti