...

Belarus müdafiə sənayesi məhsullarının Azərbaycana tədarükünün artırılması üçün potensial var - Dövlət müəssisəsi (FOTO)

Siyasət Materials 6 Sentyabr 2022 17:55 (UTC +04:00)
Belarus müdafiə sənayesi məhsullarının Azərbaycana tədarükünün artırılması üçün potensial var - Dövlət müəssisəsi (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Belarusun "Belspetsvneştexnika" dövlət müəssisəsi demək olar ki, istehsal olunan bütün müdafiə texnikasını Azərbaycana tədarük edir.

Bunu Trend-ə müəssisənin hərbi əməkdaşlıq departamentinin sədr müavini Aleksey Poleşayev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə əməkdaşlıq uzun illərdir davam edir.

"Biz Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində Azərbaycana atəşin idarə olunması və artilleriya texnikası, hava müdafiə sistemləri, radioelektron təhlükəsizlik qurğuları kimi məhsullar tədarük edirik. Biz Azərbaycana tədarüklə yanaşı, hərbi-texniki xidmətlər də göstəririk", - deyə o bildirib.

A.Poleşayev qeyd edib ki, ikitərəfli əməkdaşlıq tədarüklərin genişləndirilməsi istiqamətində iştirak edir.

"Bizim texnikamıza tələbat var, ona görə də biz münasibətlərin inkişafı üçün potensial görürük", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti