...

Nensi Pelosinin Ermənistana səfəri bölgədə sülh üçün faydalı deyil - Mustafa Şentop

Siyasət Materials 19 Sentyabr 2022 10:52 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir çox beynəlxalq təşkilatın Ermənistanı işğalçı elan etdiyi bu 28 illik müddətdə heç bir addım atmayan, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistana səfər etməsi bölgədə sülhə, eləcə də dünyada sülhə faydalı olmayacaq və mən bunu xoş niyyətli bir davranış kimi görmürəm.

Trend-in məlumatına görə, bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şentop bildirib.

O qeyd edib ki, bu səfər son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi çərçivəsində “təhrikedici və böhranı dərinləşdirən" potensiala sahibdir.

“Biz də Azərbaycan Milli Məclisinin sədri ilə danışdıq. Uyğun olacağı təqdirdə Azərbaycana bir ziyarət həyata keçirə biləcəyimizi ifadə etdik. Azərbaycan Milli Məclisinin sədri Britaniyaya getməli idi. Biz bu prosesdə Azərbaycanın yanında olduğumuzu hər zaman bəyan etdik. Bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə M. Şentop əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti