...

Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verib

Siyasət Materials 15 Oktyabr 2022 11:47 (UTC +04:00)
Milli Məclisin sədri türkiyəli həmkarına başsağlığı verib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı verib.

Parlamentdən Trend-ə verilən məlumata görə, S.Qafarova Mustafa Şentopa ünvanladığı məktubda Türkiyənin Bartın vilayətinin Amasra rayonunda mədəndə baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib.

O, TBMM sədrinə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan Respublikası Milli Məclisi adından başsağlığı verib, xəsarət alanlara şəfa diləklərini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti