...

Azərbaycanın yaratdığı nəqliyyat dəhlizlərinin aktuallığı bu gün daha da artıb

Siyasət Materials 11 Yanvar 2023 19:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib. Bu ifadəni Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə qeyd edib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycana zamanı qabaqlamaq imkanı vermişdir. Beləki ölkəmizin yerləşdiyi coğrafiyasından səmərəli istifadə edilməklə yaradılmış Orta dəhliz, Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərinin aktuallığı bu gün daha da artıb. Halbuki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tiblisi-Qars dəmir yolunun çəkilməsi məsələsi gündəmə gələndə qərb dövlətləri bu layihənin Ermənistandan yan keçdiyinə görə dəstəkləmirdi. Amma Azərbaycanın iqtisadi imkanları bu layihənin icra edilməsinə yol açdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycan BTQ-layihəsinin tikintisi üçün Gürcüstana 775 milyon dollar kredit verdi.

“Beləliklə, 5 il əvvəl istifadəyə verilmiş Bakı-Tiblisi-Qars dəmir yolu Orta dəhlizin tərkib hissəsi olaraq bu gün daha da aktuallaşıb. Rusiya-Ukrayna müharibəsinin baş verməsi Azərbaycanın ərsəyə gətirdiyi nəqliyyat dəhlizlərin əhəmiyyətini artırıb. Hətta mövcud dəhlizlərin genişləndirilməsi və Zəngəzur dəhlizin açılışı məsələsi də daha aktuallaşıb.

Azərbaycan mövcud dəhlizlərin genişləndirilməsi və yük daşıma gücünün artırılması üçün mühüm layihələr həyata keçirir. Belə ki, BTQ dəmir yolunun Gürcüstandan keçən hissəsinin genişləndirilməsinə 100 milyon dollar vəsait ayırıb və bu yolun yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdıırılacaqdır. Bakı-Yalama dəmir yolu yenidən qurulur, Ələt-Astara dəmir yolunun modernləşdirilməsi planlaşdırılır. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə 30 milyon tona qədər yük daşımaq mümkün olacaqdır. Orta Asiyadan gələn yüklərin Xəzər dənizi üzərindən keçirilməsinin genişləndirilməsi məsələsi də müzakirə olunur və bu istiqamətdən də böyük yük axını gözlənilir”, - deyə A.Badamov vurğulayıb.

Deputat qeyd edib ki, Xəzər dənizin potensialından istifadə olunmasında Azərbaycanın rolu daha da artır.

“Bu gün Xəzərdə ən böyük donanma Azərbaycana məxsusdur. O cümlədən Qara dənizdə də Azərbaycan öz donanmasını genişləndirir. Beləkilə yaxın gələcəkdə mövcud dəhlizlər yaranmış yeni yük potensialının daşınmasına çatmayacaqdır. Ona görə də Zəngəzur dəhlizi nəinki ölkəmiz üçün, həm də böyük bir region üçün vacib layihəyə çevrilməkdədir.

Zəngəzur dəhlizin açılması həm də bizim üçün strateji məsələdir. Bu məslə 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb. Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında manesiz keçid təmin olunmalıdır. Əslində, manesiz keçid ifadəsinin özü dəhliz deməkdir. Ermənistan bu dəhlizin açılmasına öhdəlik götürüb və ölkəmiz bunu tələb edir.

Qeyd etdiyim kimi, Zəngəzur dəhlizi ancaq Azərbaycan üçün əhəmiyyətli deyil. Həm də böyük bir coğrafiyanı əhatə edən ölkələr üçün vacib layihəyə çevrilib və bu məslə mütləq şəkildə öz həllini tapacaqdır. Bu gün Azərbaycanın təqdim etdiyi beynəlxalq nəqliyyat logistik imkanları dünyanın yeni iqtisadi düzənində çox vacib məsələyə çevrilib. Təbii ki, beynəlxalq dəhlizlər ölkəmizin iqtisadi gücünü artırır . Bu, həm də regiona sülh və sabitlik gətirir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz yeni müharibə istəmirik və avantüraya getməyəcəyik. Amma bununla yanaşı, öz məqəsdlərimizə də nail olacağıq”, - deyə A.Badamov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti