...

Çavuşoğlu Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib

Siyasət Materials 27 Yanvar 2023 11:46 (UTC +04:00)
Çavuşoğlu Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə olaraq edə biləcəyimiz bir şey varmı deyə soruşduq. Müxtəlif məlumatlar gəlir. Biz buradan İrana çağırış edirik ki, hücum edənlər tutulsun və həqiqət ortaya çıxsın.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə KİV-nə açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti