...

Oman XİN Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb

Siyasət Materials 28 Yanvar 2023 13:11 (UTC +04:00)
Oman XİN Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb

Bakı. Trend:

Oman Sultanlığı Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyini hədəfə alan hücumu qəti şəkildə qınadığını bildirib və Oman Sultanlığının diplomatik missiyalara edilən hücumu, təhlükəsizlik və sabitliyi pozan hər hansı hərəkəti rədd edən qəti mövqeyini təsdiqləyib.

Trend-in məlumatına görə, Oman XİN, həmçinin hadisə qurbanının ailəsinə, Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti