...

Sahibə Qafarova TBMM-in sədrinə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 6 Fevral 2023 12:38 (UTC +04:00)
Sahibə Qafarova TBMM-in sədrinə başsağlığı məktubu ünvanlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopa başsağlığı məktubu ünvanlayıb.

Parlamentdən Trend-ə verilən məlumata görə, məktubda Milli Məclisin sədri dəhşətli zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində çoxsaylı insanların həlak olması, yaralanması və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirir, faciə ilə əlaqədar TBMM-in sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin üzvləri adından dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzu edir.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti