...

Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Fransa xarici işlər naziri

Siyasət Materials 27 Aprel 2023 14:04 (UTC +04:00)
Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Fransa xarici işlər naziri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sülh müqaviləsi təklif etdi və biz bunu alqışladıq

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Fransa minalardan təmizləmə ilə bağlı Azərbaycana dəstək göstərib.

"Görüləcək işlər çoxdur. Danışıqlar sabit sülhə aparan yeganə yoldur. Biz istərdik ki, hər iki ölkə bu yolda getsin. Regionda sülh üçün şərait var. Azərbaycan sülh müqaviləsi təklif etdi və biz bunu alqışladıq. Bununla bağlı planlar müştərək hazırlanmalıdır. Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü tanısınlar. Sülh sazişinə nail olmaq lazımdır. Biz bu səyləri bütün mümkün variantlarda dəstəkləyəcəyik", - K.Kolonna deyib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti