...

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri “Əməkdaşlıq Protokolu” imzalayıblar (FOTO)

Siyasət Materials 27 Aprel 2023 22:00 (UTC +04:00)
Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri “Əməkdaşlıq Protokolu” imzalayıblar (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Sahibə Qafarova və Mustafa Şentop “Əməkdaşlıq Protokolu” imzalayıblar.

Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycan Milli Məclisinin sədrini, əziz dostum Sahibə Qafarovanı və onu müşayiət edən nümayəndə heyətini Qazi Məclisimizdə qonaq etdik.

Təkbətək və nümayəndə heyətləri arasında keçirdiyimiz görüşlərdə “iki dövlət, bir millət” devizi ilə qurduğumuz əlaqələrimizin yüksələn xətlə davam etməsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik.

İnanıram ki, danışıqlarımızın sonunda iki ölkə arasında imzaladığımız "Əməkdaşlıq Protokolu" parlamentlərimiz arasında sıx təmasların davam etdirilməsinə, bütün sahələrdə əməkdaşlığa böyük töhfə verəcək", - deyə M.Şentop bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti