...

Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri münasibətilə “Əbədi sevgi” adlı konsert proqramı təşkil olunub (FOTO)

Siyasət Materials 9 May 2023 18:35 (UTC +04:00)
Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri münasibətilə “Əbədi sevgi” adlı konsert proqramı təşkil olunub (FOTO)
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Əbədi sevgi” adlı konsert proqramı təşkil olunub.

Trend-in məlumatına görə, tədbir “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərəfindən təşkil olunub.

Açılışda Azərbaycanın Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ASCO kollektivinin “Prezident Heydər Əliyev” tankerində və “Zərifə Əliyeva” bərəsində lentə aldığı xalq artisti Nəzakət Teymurovanın və “Xarıbülbül” instrumental ansamblının ifasında Heydər Əliyevin sevimli “Küçələrə su səpmişəm” kompozisiyasına videoçarx nümayiş olunub.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev açılış nitqi ilə çıxış edərək, ölkənin nəqliyyat sektorunun inkişafının əsaslarının qoyulmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib.

"Heydər Əliyevin müdrik siyasəti sayəsində biz ölkəmizin nəqliyyat sektorunun necə intensiv və dinamik inkişaf etdiyini görürük. Xüsusilə, ümummilli lider Bakı Beynəlxalq Dəniz Limanının inkişafının əsasını qoyub", - deyə o bildirib.

Tədbir zamanı həmçinin “Prezident Heydər Əliyev” tankeri və “Zərifə Əliyeva” bərəsinin təsvirləri olan iki poçt markası da təqdim olunub.

Bundan əlavə, proqram çərçivəsində Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə dəniz nəqliyyatının tarixindən və bu sənayenin inkişafına ümummilli liderin verdiyi töhfələrdən bəhs edən “Ulu öndər Heydər Əliyev və Milli Gəmiçilik Siyasəti” kitabının təqdimatı keçirilib.

Tədbir ulu öndər Heydər Əliyevin sevimli musiqi əsərlərindən ibarət konsert proqramı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti