...

İsrail prezidentinin ölkəmizə səfəri əlaqələri genişləndirəcək - Tofiq Zülfüqarov

Siyasət Materials 30 May 2023 16:49 (UTC +04:00)
İsrail prezidentinin ölkəmizə səfəri əlaqələri genişləndirəcək - Tofiq Zülfüqarov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail prezidenti Hersoqun ölkəmizə səfəri iki ölkə arasında əlaqələrini müxtəlif sahələrdə daha da genişləndirmək tərəfindən əhəmiyyətlidir.

Bunu Trend-ə sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, bugün verilən bəyanatlar ümumi siyasi xarakter daşıyır.

"Hesab edirəm ki, danışıqlarda əsasən iqtisadi cəhətdən əlaqələrin inkişafı barəsində də fikir mübadiləsi mövcuddur. İsraildə yüksək texnologiyalara, kənd təsərrüfatına və başqa sahələrə dair əlaqələrin genişlənməsi iki ölkənin maraqlarına xidmət edir. Bu səfər İsrail-Azərbaycan münasibətlərində daha uğurlu səhifələr açacaq. Bizim səfirliyimiz hazırda İsraildə fəaliyyət göstərir və praktiki baxımından səslənən bəyanatlar, qol çəkilən sənədlərin əhəmiyyəti praktiki baxımdan daha böyükdür."

T. Zülfüqarov qeyd edib ki, Azərbaycanın müstəqil və prinsipial xarici siyasəti var.

"Bu siyasət milli maraqlara söykənir. Azərbaycan dəfələrlə bəyan edib ki, kimlərləsə münasibətlərin inkişaf etdirilməsi, kimlərəsə qarşı addım deyil. Azərbaycanla İsrail arasındakı yaxınlıq heç bir ölkəyə qarşı deyil", - deyə sabiq Xarici İşlər naziri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti