...

"Novaya qazeta" Qarabağ barədə məqaləni Azərbaycana qarşı təxribata çevirdi

Siyasət Materials 24 Avqust 2023 16:13 (UTC +04:00)
"Novaya qazeta" Qarabağ barədə məqaləni Azərbaycana qarşı təxribata çevirdi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "Novaya qazeta" nəşri Yelena Romanovanın "Qarabağ — özünü mühasirəyə almış qala" adlı məqaləsini erməni oxucuların hücumlarından sonra silib.

Trend xəbər verir ki, məqaləni özünün "Facebook" səhifəsində paylaşan müəllif Yelena Romanova paylaşımını "blokada o deməkdir ki, perimetr boyu pulemyotçular var və çıxmaq olmaz. Amma Azərbaycandan ərzaq almağın mümkün olduğu halda siz uşaqlarınızı aclıqdan qırırsınızsa bu blokada deyil, tamaşadır", - deyə şərh edib.

Ermənistan gün keçdikcə informasiya meydanında havadarlarını itirir və dünyanın kütləvi informasiya vasitələri erməni tərəfin cəfəng arqumentlərini getdikcə daha çox təkzib edirlər. Təbii ki, sosial şəbəkənin erməni istifadəçiləri narazılıqlarını bildirərək Romanovanı "qərəzli münasibətdə" ittiham ediblər. Nəticədə müəllif öz paylaşımını silməli olub.

Erməni oxucuların təzyiqi nəşrə də yönəlib və nəticədə məqalənin özünü də siliblər.

Lakin Laçın-Xankəndi yolunun açıq olduğuna və Azərbaycan tərəfinin bu yolla sərbəst hərəkəti təmin etdiyinə dair danılmaz faktlar növbəti dəfə ermənilərinin qondarma "blokada"nın olduğuna dair təbliğatını yerindəcə susdurub. Həmçinin xatırlatmaq yerinə düşər ki, məhz Ermənistan tərəf Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin çatdırılmasından imtina edib, çünki "Novaya qazeta"nın müxbirinin də qeyd etdiyi kimi, ermənilərin cəfəng arqumentləri tamaşadan başqa bir şey deyil.

Xatırladaq ki, "Novaya qazeta" nəşri bundan əvvəl açıq-aşkar şəkildə Azərbaycan əleyhinə məqalələr dərc edib. Bir il bundan əvvəl jurnalist Yan Şenkman Zabux (bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdu, artıq işğaldan azad edilib) kəndinin erməni sakinlərinin guya daimi şəkildə mənəvi iztirablara və Azərbaycan tərəfindən atəşə məruz qaldığına dair təxribatçı material yazması üçün kəndə göndərilib. Lakin "Novaya qazeta"nın müxbiri əlbəttə, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış müharibə nəticəsində bir milyondan yuxarı azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi faktı barədə susub. Qeyd edək ki, bu materialı hələ də "Novaya qazeta" saytında tapmaq mümkündür.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti