...

Qarabağda qondarma "seçkilər" son dərəcə təxribatçı bir addımdır - Deputat

Siyasət Materials 9 Sentyabr 2023 13:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Qarabağ ərazisində qeyri-qanuni qurumun "prezidentinin" planlaşdırılan qondarma "seçkiləri" son dərəcə təxribatçı bir addımdır və Azərbaycanın ərazi bütövlüyünün bu cür açıq şəkildə pozulması qəbuledilməzdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın sözlərinə görə, Ermənistanın belə bir məsuliyyətsiz və destruktiv davranışı bir daha onu göstərir ki, Ermənistan sülh yox, müharibə istəyir, sülhü deyil, müharibəni təşviq edir.

“Ermənistan anlamır ki, Azərbaycanın təklif etdiyi sülh konsepsiyası əslində onlar üçün böyük bir güzəştdir.

Ermənistan sözdə bir, əməldə tamam başqa mövqe sərgiləyir. Onlar yalnız manipulyasiya, imitasiya etməklə, “humanitar böhran” və digər şoular yaratmaqla, beynəlxalq təşkilatlar qarşısında yazıq ölkə imici ilə çıxış etməklə, həmçinin Azərbaycanla şərti sərhəddə hərbi qüvvə və birləşmələrini yerləşdirməklə, təxribatlar törətməklə, Azərbaycanın Qarabağ ərazisində separatizmə dəstək verməklə regionda gərginliyi artır və yeni eskalasiyanın baş verməsinə zəmin yaradır”, - deyə S.Hüseynova vurğulayıb.

O bildirib ki, Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, son günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ ərazisində qondarma rejimin ildönümü ilə bağlı təbrik məktubu göndərməklə öz riyakarlığını və ikiüzlülüyünü göstərdi və növbəti təxribata əl atmış oldu.

“Bu, Ermənistanın destruktiv mövqeyini və məsuliyyətsiz davranışını bir daha təsdiq edir. Baş nazirin bu məktubu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədiyinin növbəti təsdiqidir. Ermənistan bütün mövcud vasitələrdən, o cümlədən siyasi, hərbi və maliyyə dəstəyi ilə ərazimizdə separatçılığın qızışdırılmasını davam etdirir.

Ermənistan havadarlarına ümid edərək təxribata əl atsa, yenə də biabırçı məğlubiyyətə uğrayacaq. Ermənistan unutmasın ki, Azərbaycan qüdrətli bir ölkədir, “dəmir yumruğa” sahib bir ölkədir və Ermənistan da dəmir yumruğun nə olduğu yaxşı bilir. Hər bir təxribata görə məsuliyyət Ermənistanın üzərinə düşür. Hər bir halda Azərbaycan istənilən təxribatın qarşısını almağa və öz ərazi bütovlüyünü təmin etməyə qadirdir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti