Bakı. Trend:
Ermənistan tərəfi əsir, girov və itkin düşmüş şəxslırlə bağlı
əməkdaşlıq etmir.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı bu gün
Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə
deyib.
O qeyd edib ki, ermənilərdə kütləvi məzarlıqların koordinatları var. Kütləvi məzarlıqların yerini gizlətməyin heç bir hərbi məqsədi yoxdur. Ermənistan bu məsələdə də qeyri-konstruktiv mövqe nümayş etdirir.