...

Qardaş ölkə Azərbaycanın yanındayıq - Şimali Kipr Türk Respublikasının Prezidenti

Siyasət Materials 20 Sentyabr 2023 18:45 (UTC +04:00)
Qardaş ölkə Azərbaycanın yanındayıq - Şimali Kipr Türk Respublikasının Prezidenti
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə başlatdığı lokal xarakterli antiterror tədbirlərini dəstəklədiyini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Ersin Tatar yazılı açıqlama verib.

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, erməni silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə yaradır.

Dost və qardaş ölkə Azərbaycan üçtərəfli bəyanatın müddəalarını təmin etmək, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq, erməni silahlı birləşmələrini tərksilah edərək Azərbaycan ərazisindən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, işğaldan azad olunmuş torpaqlara geri qayıdan mülki əhalinin təhlükəsizliyini təmin etmək və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə başlatdığı lokal xarakterli antiterror tədbirlərini dəstəkləyirik.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir", - o deyib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirilib.

Bu gün isə qeyri-qanuni erməni silahlı dəstələri təslim olub. Şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti