...

Bakıda Asiya Parlament Assambleyasının komitə iclası keçirilir

Siyasət Materials 21 Sentyabr 2023 10:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Asiya Parlament Assambleyası (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitənin iclası keçirilir.

Trend-in məlumatına görə, iclasda APA-ya üzv ölkələrinin nümayəndə heyətləri iştirak edir.

İclasda təşkilatın bir neçə qətnaməsi qəbul ediləcək.

Belə ki, iclasda “Asiyada mədəni muxtəlifliyin təşfiqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında” qətnamə layihəsi, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında” qətnamə layihəsi, Asiyada səhiyyə bərabərliyi uzrə əməkdaşlıq haqqında” qətnamə layihəsi, “Asiya parlamentariləri korrupsiyaya qarşı” qətnamə layihəsi, “APA qadın parlamentariləri haqqında” qətnamə layihəsi və digər qətnamə layihələri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti