...

Azərbaycanla əlaqələrimizi hər sahədə inkişaf etdirəcəyik - Şimali Kipr prezidenti

Siyasət Materials 12 Oktyabr 2023 14:54 (UTC +04:00)
Azərbaycanla əlaqələrimizi hər sahədə inkişaf etdirəcəyik - Şimali Kipr prezidenti

Bakı. Trend:

Azərbaycanla əlaqələrimizi hər sahədə inkişaf etdirəcəyik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Şimali Kiprin prezidenti Ersin Tatar, Kipr türklərinin təqdimatı günü tədbirində iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl Lefkoşa Ercan Hava Limanında keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Azərbaycana ilk gedişimizdir və iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi bizim üçün olduqca vacibdir. Şimali Kipr olaraq dünya ilə əlaqələrimizdə Rumların maneələri ilə qarşılaşırıq. Azərbaycanla əlaqələrimizi hər sahədə - təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində inkişaf etdirəcəyik. Biz Şimali Kipr bayrağını Azərbaycanda dalğalandıracağıq”,- deyə prezident bildirib.

Ersin Tatar, aralarında iş adamları, turizm mütəxəssisləri, universitet nümayəndələri və investorların da olduğu 200 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana gəldiklərini qeyd edib və səfərlərinin faydalı olmasını arzulayıb.

Mətbuat konfransından sonra Şimali Kipr prezidenti Tatar, Baş nazir Ünal Üstel və onu müşayiət edən heyəti daşıyan təyyarə Lefkoşadan Bakıya yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti