Bakı. Trend:
Azərbaycana səfərimiz çox qiymətlidir.
Trend-in məlumatına görə, bunu Şimali Kipir Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatar bu gün keçirilın mətbuat konfransında
deyib.
O, göstərilən isti münasibətə görə, dövlət başçısına Azərbaycan
xalqına təşəkkürünü bildirib.
"Türkiyənin dəstəyi ilə Kipir müstəqillik yolunda öz mübarizəsini
davam edir. Biz türk dövlətləri birlikdə daha uğurlu nəticələr əldə
edə bilərik. Bizi bir birimizə bağlayan xalqımıza, qəhrəmanlarımıza
təşəkkür edirəm və Azərbaycana bu səfərimiz önəmli bir hadisədir",
- deyə o, əlavə edib.