...

Kənar dövlətlərin müdaxilə cəhdləri Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət etmir - Tofiq Musayev

Siyasət Materials 21 Oktyabr 2023 22:29 (UTC +04:00)
Kənar dövlətlərin müdaxilə cəhdləri Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət etmir - Tofiq Musayev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya ictimaiyyətindən Ermənistanı beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə və dezinformasiyadan əl çəkməyə təşviq etməsini gözləyir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayevin BMT Təhlükəsizlik Şurasının “Dialoq vasitəsilə sülh: münaqişələrin qarşısının alınmasına və mübahisələrin sülh yolu ilə həllinə regional, subregional və ikitərəfli mexanizmlərin töhfəsi” mövzusunda açıq müzakirəsindəki bəyanatında deyilir.

O, Azərbaycanın suveren ərazilərinin qonşu Ermənistan tərəfindən otuz ilə yaxındır işğalı ilə bağlı təcrübəsinin BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobud şəkildə pozulması olduğunu qeyd edib. T.Musayev bildirib ki, bu, beynəlxalq hüququn yanlış təfsirləri ilə mübarizə və dövlətlərin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün regional və beynəlxalq səviyyədə daha çox iş görməyin lazım olduğunu göstərən nümunə və xatırlatmadır.

"Bu kritik anda biz dünya ictimaiyyətinin Ermənistanı beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə, dezinformasiyaya son qoymağa və regionda sülh və sabitliyin yaradılması səylərində xoş niyyətlə iştirak etməyə təşviq etməsini gözləyirik", - deyə o bildirib.

Daimi nümayəndənin müavini bildirib ki, bəzi qeyri-regional dövlətlərin öz müstəmləkə keçmişini və bu gününü Cənubi Qafqaza sırımaq, regionda ksenofob siyasətlərini genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını dəstəkləmək sülhə xidmət etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti