...

Ermənistan mərhələ-mərhələ Qərbi Azərbaycandakı toponimləri tamamilə erməniləşdirib - İsa Həbibbəyli

Siyasət Materials 31 Oktyabr 2023 11:36 (UTC +04:00)
Ermənistan mərhələ-mərhələ Qərbi Azərbaycandakı toponimləri tamamilə erməniləşdirib - İsa Həbibbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan XX əsr boyu mərhələ-mərhələ Qərbi Azərbaycandakı toponimləri tamamilə erməniləşdirib.

Trend-in məlumatına görə, bunu AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, akademik İsa Həbibbəyli Milli Məclisdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə çıxışı zamanı deyib.

O qeyd edib ki, 1988-1991-ci ildə azərbaycanlıların tam olaraq öz ata-baba torpaqlarından qovulması ilə Azərbaycan adları tam erməniləşdirilib.

İ.Həbibbəylinin sözlərinə görə, bulaq adlarından tutmuş şəhər adlarına qədər bütün Azərbaycan toponimləri erməniləşdirilib:

“Dünyanın heç bir yerində ermənilərin bu siyasəti kimi siyasət yoxdur. Bu bir xalqa qarşı total soyqırımı hadisəsidir. Ermənistan beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti