Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçıları Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley sammitinin yekunlarına görə 12 sənəd imzalayıb.
Trend bu barədə cümə günü xəbər verir.
Astana Aktı və Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammitinin Bəyannaməsi ilə yanaşı, bir sıra qərarlar imzalanıb:
- Dövlət başçılarının Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi barədə qərarı;
- Dövlət başçılarının Astanaya türk dünyasının Maliyyə Mərkəzi
statusunun verilməsi barədə qərarı;
- Türk Dövlətləri Təşkilatının yeni bayraqlarının qəbul edilməsi
barədə qərar;
- Dövlət başçılarının təyinatlar barəsində qərarları;
- İqtisadi Əməkdaşlıq Təşkilatına Türk Dövlətləri Təşkilatında
müşahidəçi statusunun verilməsi barədə qərar;
- Fevralın 6-sının Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində
"Faciə qurbanlarının anım və həmrəylik günü" elan edilməsi barədə
qərar;
- Türk Dövlətləri Təşkilatının Katibliyinin büdcə idarətmə
qaydaları barədə qərar;
- "Türk Dövlətləri Təşkilatının Daimi Nümayəndələri haqqında
Əsasnamə"nin hazırlanması barədə qərar.
Həmçinin, dövlət başçıları TDT ölkələrinin müvafiq təsisatları arasında metrologiya sahəsində əməkdaşlıq protokolu imzalayıb.
Bundan başqa, TDT-nin 2023-2027-ci illər üzrə Nəqliyyat Əlaqələri Proqramının icrası üzrə birgə tədbirlər planı imzalanıb.
Qeyd edək ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk əsri" şüarı altında 10-cu yubiley sammiti keçirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)