...

TBMM İsveçin NATO-ya üzvlük danışıqları təxirə salınıb

Siyasət Materials 17 Noyabr 2023 00:51 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılan İsveçin NATO-ya üzvlük ilə bağlı danışıqların təxirə salınması qərara alınıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə TBMM bildirib.

Komitə AK Partiya Ankara Millət vəkili Fuat Oktayın sədrliyi ilə toplanıb.

“İsveçin keçdiyi transformasiyaya və bu prosesdə atdığı addımlara nəzər saldıqda, İsveç hökuməti və ictimaiyyəti ölkəmizin qanuni təhlükəsizlik narahatlıqlarını daha yaxşı anlamağa başlayıb. İsveç hökuməti terrorizmlə mübarizə çərçivəsində qanunvericiliyə dəyişikliklər həyata keçirib. İsveçdə ilk dəfə olaraq terror təşkilatında iştirak cinayət sayılır. İsveç terror fəaliyyətləri, xüsusilə PKK-nın fəaliyyəti və maliyyələşdirilməsi ilə bağlı konkret addımlar atıb. PKK-ya bağlı dairələr İsveçdə əvvəlki kimi rahat fəaliyyət edə bilmirlər ”– deyə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar deyib.

O qeyd edib ki, onlar ekstradisiya, deportasiya prosedurları və müdafiə sənayesi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılmalıdırlar.

Akçapar atılan addımları izləmək üçün üç ölkə arasında daimi ortaq mexanizm yaradıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, müzakirə olunan məsələyə aydınlıq gətirilmədiyinə və danışıqların yetərli olmamasına görə təklifin maddələrinə davam edilməyib.

Xatırladaq ki, bu gün İsveç PKK terror təşkilatının qeydiyyatında axtarılan bir nəfəri Türkiyəyə ekstradisiya edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti