...

2030-cu ilədək qlobal tullantılar 40 faizdən çox azaldılmalıdır - Umayra Tağıyeva

Siyasət Materials 1 Dekabr 2023 16:36 (UTC +04:00)
2030-cu ilədək qlobal tullantılar 40 faizdən çox azaldılmalıdır - Umayra Tağıyeva
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Dubay. Trend:

2030-cu ilədək qlobal tullantılar 40 faizdən çox azaldılmalıdır.

Trend-in müxbiri xəbər verir ki, bunu jurnalistlərə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin kuluarlarında deyib.

"42 faizdən 47 faizədək müxtəlif qiymətləndirmələr mövcuddur. Yalnız bu halda qlobal tullantıların artmasını dayandırmaq olar. Temperatur 1,5 dərəcədən çox artarsa, iqlim ssenariləri təzahür etməyə başlayacaq. Nəticələr müxtəlifdir: 1,5 dərəcədə bir ssenari, temperatur 2 və ya 3 dərəcədən çox olarsa, digər ssenarilər olacaq. Bütün bu nəticələr yaxın gələcəkdə baş verəcək tullantı səviyyəsi ilə əlaqəlidir və sonrakı vəziyyət də bu tullantı səviyyəsindən asılı olacaq. Məhz bu səbəbdən əsas məqsəd bu tullantıların azaldılmasından ibarətdir", - o deyib.

Nazir müacini qeyd edib ki, atmosferdə istixana qazlarının səviyyəsi o dərəcəyə çatıb ki, atmosfer sirkulyasiyasında mühüm dəyişikliklər baş verir və bu da anomal hava təzahürlərinin tez-tez baş verməsinə səbəb olub.

"İqlim artıq dəyişib. 1992-ci ildə konvensiya qəbul olunanda alimlər iqlim dəyişikliyi və bu dəyişikliyin gələcək ssenarilərindən danışırdılar. Bu gün biz artıq bu dəyişikliklər şəraitində yaşayırıq", - deyə o qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti