...

Zəfər paradı Vətən müharibəsində qələbənin təntənəsi idi - Deputat

Siyasət Materials 9 Dekabr 2023 22:58 (UTC +04:00)
Zəfər paradı Vətən müharibəsində qələbənin təntənəsi idi - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2020-ci il dekabrın 10-da Azərbaycan tarixində ilk dəfə olaraq Azadlıq meydanında Zəfər paradı baş tutdu. Bu parad Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin təntənəsi idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, Vətən müharibəsində başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Azərbaycanın qəhrəman Ordusu 44 gün ərzində hər gün irəli gedirdi, yeni şəhərlər, qəsəbələr, kəndlər, yüksəkliklər azad edirdi.

“Azərbaycan əsgərləri və zabitləri bu günlər ərzində bir amalla, işğala son qoymaq və tarixi ədaləti bərpa etmək amalı ilə vuruşurdu. Bu müharibə nəticəsində Azərbaycan ordusunun gücü ilə beynəlxalq hüquq bərpa olundu və Qafqazda uzun müddət davam edən bir münaqişəyə son qoyuldu və bununla da Azərbaycan xalqının 30 illk torpaq həsrəti başa çatdı, insanlarımız öz doğma torpaqlarına qovuşmaq imkanı əldə etdilər. Bu savaş Azərbaycan xalqına indiyə qədər görünməmiş bir sevinc, qələbə hissini yaşatdı. Azərbaycan bu savaşdan qalib, Ermənistan isə acı məğlubiyyətlə çıxdı.

Dünya bir daha Azərbaycan ordusunun gücünü, xalqın birliyini gördü”, - deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, son 200 ildə ilk dəfə idi ki, Azərbaycan xalqı ona məxsus olan torpaqları işğaldan azad edib geri qaytarırdı:

“Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu qələbə münasibətilə dekabrın 10-da Zəfər paradı keçirildi. Azadlıq meydanında bir çox paradlar kieçirilmişdi. Ancaq 10 dekabrda keçirilən Zəfər paradı tam başqa idi, bu, tarixi bir hadisə idi. Paradın bir möhtəşəmliyi də ondan ibarət idi ki, Zəfər paradında qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyənin əsgər və zabitlər də iştirak edirdi. Düşmənin darmadağın edilən ordusundan ələ keçirilən hərbi qənimətlərin də nümayiş etdirildiyi paradda Azərbaycanın hərbi qüdrəti nümayiş olundu” - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti