Bakı. Trend:
Bu günlərdə Azərbaycan xalqı böyük əhəmiyyət malik olan hadisəyə şahidlik etdi, Azərbaycan xalqı 21 dekabr tarixində Xankəndi stadionunda təçkil olunan futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunu böyük qürur və iftixar hissi ilə seyr etdi. Bu, sadəcə bir futbol yarışması deyildi, böyük rəmzi məna daşıyırdı. Xankəndi qədim Azərbaycan diyarıdır və xalqımız öz doğma yurduna geri dönüb
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu yarış sıradan bir yarış deyildi.
“30 ildən çox xalqımızın gözlədiyi bir an idi. İlk dəfə idi ki,
Qarabağda bu yarış baş tuturdu. Ona görə də bu yarışı tək idman
ictimaiyyəti, futbol həvəskarları deyil, xalq olaraq hər birimiz
böyük sevinc və iftixar hissi ilə seyr edirdik və bu oyun bir
bayram tədbiri kimi qeyd olundu.
Azərbaycan bütün dünyaya, o cümlədən hələ də revanşist hisslərlə
yaşayan ermənilərə göstərdi ki, bu torpaqların əsl sahibləri öz
dədə-baba yurdlarına dönüblər və burada yalnız yenidənqurma və
bərpa işləri deyil, kütləvi idman, mədəni tədbirləri keçirilir.
Xalqımız bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! İdman
yarışlarının hər zaman sülhün rəmzi olmasını nəzərə alaraq
Azərbaycan göstərdi ki, bölgəyə sülh gətirmək niyyətindər və bunu
etməyə qadir bir ölkədir”, - deyə o, əlavə edib.
Deputat qeyd edib ki, yarışın keçirilməsində xüsusi bir məqam diqqət çəkdi ki, komandalar stadiona öz canları bahasına bu torpaqları azad edən şəhidlərimizin övladları ilə birgə daxil oldular.
“Ölkə Prezidenti, möhtərəm Ali Baş Komandan cənab İlham Əliyevin şəhid övladları ilə səmimi rəftarı hər bir yurd sevən, xalq sevən insanı kövrəltdi. Yaşasın Azərbaycan, Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır. Ölkə Prezidentimiz də çıxışında birmənalı olaraq onu da qeyd etdi ki, idman yarışının nəticəsindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır. Qalib Azərbaycanın rəşadətli ordusudur”, - deyə deputat əlavə edib.