Bakı. Trend:
Azərbaycanda seçki prosesinə hazırlığı yüksək qiymətləndiririk. Hesab edirəm ki, digər ərazilərdə olduğu kimi, işğaldan azad edilmiş bölgələrdə də səsvermə prosesi normal keçəcək.
Trend Secki-2024.az-a xəbər verir ki, bu sözləri Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının nümayəndə heyətinin koordinatoru Viktor Seliverstov jurnalistlərə açıqlamasında deyib.
V.Seliverstov fevralın 7-də seçki prosesini müşahidə etdikdən sonra nəticələr barədə müzakirə aparacaqlarını vurğulayıb.
Seçkilərdə həm müşahidəçi, həm də tərəfdaş kimi fəal iştirak edəcəklərini söyləyən koordinator seçki prosesini izləmək üçün kifayət qədər müşahidəçinin qeydə alındığını vurğulayıb.