...

Ermənistan hələ də təxribat yolunu tutmaqda davam edir - Deputat

Siyasət Materials 13 Fevral 2024 18:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat bir daha onu göstərdi ki, Ermənistan son əsrdə olduğu kimi, yenə də müstəqil siyasət aparmır, öz havadarlarının tapşırıqlarını yerinə yetirməyə davam edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, bu təxribat sülh prosesinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə ciddi bir zərbə oldu.

“Çox təəssüflər olsun ki, Ermənistan hələ də bu təxribat yolunu tutmaqda davam edir. Azərbaycan dəfələrlə Ermənistan tərəfinə öz mövqeyini bildirib, Azərbaycan Prezidenti cənab İlham Əliyev daim söyləyir ki, artıq bölgəyə dayanıqlı sülh gəlməlidir. Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan mediasına müsahibəsində son 4-5 ayın ən sabit dövr olduğunu bildirmişdi. Çox əfsuslar olsun ki, Ermənistan növbəti dəfə bu sabitliyi pozdu.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanda gedən proseslər bu ölkənin revanşa hazırlaşdığını aydın göstərir. Sərhəddə törədilən təxribat bunu bir daha sübut etdi. Son zamanlar Ermənistanın sərhəddə əməliyyatlar həyata keçirəcəyi və guya uğur əldə edəcəyi barədə mediaya sızan xəbərlər, eyni zamanda, Ermənistan baş naziri Paşinyanın zərurət olmadan “The Telegraph” nəşrinə müsahibəsində aqressiv tonu da Ermənistanın növbəti təxribat hazırladığına dəlalət edən faktordur.

Sərhəddə törədilən təxribatlar bu çirkin planın tərkib hissəsidir. Təbii ki, Azərbaycan qüdrətli ölkə olaraq bu cür təxribatların qarşısını almağa qadirdir və qisas əməliyyatı da bir daha göstərdi ki, bu təxribat cəzasız qalmadı. Təbii ki, bu təxribatın törədilməsində məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çox təəssüflər olsun ki, Ermənistan Aİ missiyasının arxasında gizlənərək, öz çirkin niyyətlərini reallaşdırmağa çalışır. Görünür, ABŞ və Fransa Azərbaycanı yenidən müharibəyə təhrik etmək istəyirlər.

Təbii ki, Azərbaycan qüdrətli ölkə olaraq hər bir təxribatın qarşısını almağa qadirdir və bundan sonra da istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti