Bakı. Trend:
Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialardan əl çəkməsi vacibdir.
Trend xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serim ilə görüşündə deyib.
Görüşdə nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan Ermənistan arasında sülh prosesi istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.
Habelə, beynəlxalq və regional təhdidlər, miqrasiya problemi və digər istiqamətlərdə ikitərfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb.
