...

İpoteka və Kredit Zəmanət Fondunun sədrinin vəzifələrindən biri ləğv edildi - FƏRMAN

Siyasət Materials 27 Mart 2024 14:11 (UTC +04:00)
İpoteka və Kredit Zəmanət Fondunun sədrinin vəzifələrindən biri ləğv edildi - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, nizamnamənin 5.6.9-cu yarımbəndi ləğv edilib.

Sözügedən yarımbəndlə İdarə Heyətinin sədrinin səlahiyyətində olan Fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etmək vəzifəsi ləğv olunub.

Qeyd edək ki, İdarə heyətinin sədri Fəxri Kazımovdur.

Xəbər lenti

Xəbər lenti